Yaralıları daşıyan ambulans da qəzaya düşdü
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bakı-Qazax avtomobil yolunun Tovuz rayonun Cırdaxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan var.
Tovuzda avtobusla minik maşının toqquşması nəticəsində yaralını xəstəxanaya gətirən təcili tibbi yardım maşını da qəzaya uğrayıb.
Belə ki, avtomobil başqa bir maşınla toqquşub. İlkin məlumatlara görə, xəsarət alanlar olmasa da., avtomobilə ciddi ziyan dəyib. Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Hazırda əraziyə başqa təcili yardım biriqadaları da cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.(Report)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aviasiya mərkəzində təyyarə yanğını!
Sabunçuda su qəzası: İçməli su israfı!
İstanbulda oteldə yanğın: 12 yaralı xəstəxanada
Şahbuzda faciəvi qəza: Üç nəfər həlak oldu
Girnə sahillərində batan gəmidə 16 nəfər itkin
Uzun oturmaq xərçəng riskini artırır
Nepalda 9 gün tuneldə qalan işçilər xilas edildi