Xocavənddə mina təhlükəsi: İki nəfər partlayışdan sağ çıxdı
Xocavənd rayonunda mina partlayışı nəticəsində iki nəfər yaralanıb. Hadisə 12 avqust 2026-cı il tarixində, işğaldan azad edilmiş Qızılqaya kəndində baş verib.
Minval.info xəbər verir ki, Qazax rayonundan olan 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovun idarə etdiyi buldozer minalardan təmizlənməmiş ərazidə partlayışa səbəb olub. Bu zaman Tovuz rayonundan olan 1989-cu il təvəllüdlü Sənan Söhrab oğlu Fərəcov və 2003-cü il təvəllüdlü Fuad İlqar oğlu Əhmədov xəsarət alıblar.
Xəsarət alanlar dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. TƏBİB-in məlumatına görə, 1989-cu il təvəllüdlü şəxsin üz və göz nahiyələrində açıq yaralar, 2003-cü il təvəllüdlü şəxsin isə qarın nahiyəsində sıyrılmış yaralar diaqnozu qoyulub. Onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Hadisə ilə bağlı Xocavənd rayon prokurorluğu tərəfindən araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları mina təhlükəsi olan ərazilərdən uzaq durmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı