Xocəsəndə su xəttindəki qəza sürətlə aradan qaldırıldı: Sakinlərə su təchizatı bərpa olundu
Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən və Kür-1 ilə Kür-2 magistral su xətlərini birləşdirən su xəttində yaranan qəza uğurla aradan qaldırılıb. Bu xətt, Aprel Zəfəri küçəsinin su təchizatını təmin edir və diametri 200 mm-dir.
Minval.info xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Binəqədi rayon Sukanal İdarəsinin qəza-bərpa briqadası tərəfindən təmir-bərpa işləri tam şəkildə başa çatdırılıb.
Qəzalı sahədə zəruri texniki tədbirlər həyata keçirilib və xətt üzrə suyun verilişi bərpa edilib. Qısa müddət ərzində suyun bütün ünvanlara normal və dayanıqlı şəkildə çatdırılması təmin ediləcəkdir.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Qəza nəticəsində su xəttinin üzərində yerləşən siyirtmədə texniki nasazlıq yaranmışdı. Bu vəziyyətin sürətli şəkildə həll edilməsi və su təchizatının etibarlılığının təmin edilməsi məqsədilə qəza-bərpa briqadası dərhal əraziyə cəlb olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı