Xaricdən telefon gətirənlərə BƏD XƏBƏR
Şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu tətbiq olunacaq.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişiklik minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə, eləcə də mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğinin hər il icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsini nəzərdə tutur.
Dəyişikliyə əsasən, satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə olunur.
Layihədə bildirilir ki, hər il üçün mobil cihazların qeydiyyat alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Daha bir həkim koronavirusdan öldü
“10 mini müğənniyə yox, qazi ailəsinə verin...” - Afət Fərmanqızı
Bakıda şirkət əməkdaşları karantinin yumşaldılmasını qeyd etdi - Video
Zakir Qaralovun şirkətlərinin külli miqdarda vergi borcu üzə çıxdı
Bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
“Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin”