Xalq artisti Şükufə Yusupova avtomobil qəzası keçirdi
Avqustun 21-də Xalq artisti Şükufə Yusupova avtomobil qəzası nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 1954-cü il təvəllüdlü sənətkarın müalicəsi hazırda palata şəraitində davam etdirilir.
Minval.info xəbər verir ki, TƏBİB-in verdiyi məlumata görə, Şükufə Yusupovanın vəziyyəti stabil olaraq qiymətləndirilir.
Hadisə avqustun 21-də “İçərişəhər” metrostansiyası yaxınlığında baş verib. Xalq artisti piyada keçidindən keçərkən avtomobil tərəfindən vurulub. Dərhal Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çatdırılan xəstəyə ilkin tibbi yardım göstərilib və müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən, ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı