Xalq artisti məmurla dalaşdı, vəzifədən getdi - Bakıda (Foto)
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.
Bir neçə gündür Bakıya qayıdan Cəfərovun bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. İddialara görə, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib və onun tərəfindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra xalq artisti vəzifəsindən istefa verib.
Qeyd edək ki, S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu.
Əməkdaşımız məsələylə bağlı S.Cəfərovla əlaqə saxlayıb. Xalq artisti bu barədə danışmaq istəmədiyini bildirib.(Ölkə.Az)
Minval.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ