13.08.2026 - 19:36
İqtisadiyyat 16 baxış

Xəzərin səviyyəsi həyəcan təbili çalır: Sahil icmaları və ekosistemlər təhlükədə!

Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 sm azalaraq son iki əsrin ən aşağı səviyyəsinə enib.

Minval.info xəbər verir ki, Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənani bu barədə açıqlama verib. Onun sözlərinə görə, son iyirmi ildə dənizin su temperaturu təxminən 1,5 dərəcə artıb və buxarlanma 10-15% yüksəlib. O, bu vəziyyətin əsas səbəbləri arasında iqlim dəyişikliyi və çay axınının azalmasını göstərib.

Məhəmməd Rza Kənani xəbərdarlıq edib ki, dəniz səviyyəsinin azalması regionun sahil icmalarını, infrastrukturunu və unikal ekosistemlərini təhlükə altına qoyur. Xəzər dənizinə daxil olan suyun təxminən 75%-i çaylardan gəlir və bu axının 80%-ni Volqa çayı təmin edir.

Çirklənmə də əlavə təhlükə yaradır: dənizə şəhər və sənaye çirkab suları, neft məhsulları və kənd təsərrüfatı tullantıları axıdılır. Ekoloqlar xəbərdarlıq edirlər ki, dayazlaşma və çirklənmənin birgə təsiri artıq Xəzər suitisi və nərə balığı kimi növləri təhlükə altına qoyur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: