14.08.2026 - 12:08
İqtisadiyyat 16 baxış

Xəzər dənizinin səviyyəsi təhlükəli həddə: Sahil icmaları və canlılar üçün böyük risklər!

Xəzər dənizində suyun səviyyəsi son iki əsrin ən aşağı nöqtəsinə enib, hər il təxminən 10-20 sm azalır. Bu vəziyyət, dənizin ekosistemini və sahil icmalarını ciddi təhlükə altına qoyur.

Minval.info xəbər verir ki, Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənani, son iki onillikdə dənizdə suyun temperaturunun 1,5 dərəcə artdığını və buxarlanmanın 10-15% yüksəldiyini bildirib. O, bu vəziyyətin əsas səbəbləri arasında iqlim dəyişikliyi və çay axınının azalmasını qeyd edib.

Kənani, dəniz səviyyəsinin azalmasının davam etməsinin regionun sahil icmaları, infrastruktur və unikal ekosistemlər üçün təhlükə yaratdığını vurğulayıb. Xəzərə daxil olan suyun təxminən 75%-i çaylardan gəlir və bu axının 80%-i Volqa çayının payına düşür.

Çirklənmə də əlavə bir təhlükə yaradır, çünki dənizə şəhər və sənaye çirkab suları, neft məhsulları və kənd təsərrüfatı tullantıları axıdılır. Ekoloqlar, dayazlaşma və çirklənmənin birgə təsirinin Xəzər suitisi və nərə balığı kimi növləri təhlükə altına qoyduğunu bildirirlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: