Xətaidə bacı-qardaş mübahisəsi yanğına səbəb oldu
Paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin təfərrüatları məlum olub. Yanğının mənzildə yaşayan bacı-qardaş arasında baş verən mübahisə nəticəsində başladığı iddia edilir.
Minval.info xəbər verir ki, yanğın nəticəsində mənzilə ciddi ziyan dəyib və alovun digər mənzillərə keçmə təhlükəsi yaranıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Sakinlərin bildirdiyinə görə, hadisədən əvvəl mənzildə yaşayan şəxslər arasında mübahisə baş verib. Şahidlərdən biri, mənzildən yüksək səslər eşidildiyini və daha sonra şəxsin əlində baltaya bənzər alətlə şüşələri sındırdığını bildirib. Daha sonra həmin şəxs mənzildəki əşyaları qaz plitəsinin üzərinə yığıb və yanğın başlayıb. Şəxs balkona çıxaraq huşunu itirib və ona ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb.
Digər bir sakin, binada üç ildən artıq yaşadığını və həmin mənzildə yaşayanlarla bağlı əvvəllər ciddi mübahisə eşitmədiyini bildirib. Hadisə zamanı binanın sakinləri mənzildən aşağı müxtəlif əşyaların atıldığını da görüblər.
Hadisənin dəqiq səbəbləri və yanğının hansı şəraitdə baş verməsi araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib