15.08.2026 - 15:57
Hadisə 40 baxış

Vüsalə əlizadənin duyğusal anları: "Kaş ki, bu günü tarixdən silə biləydim

Aparıcı Vüsalə Əlizadə, qardaşının ölüm ildönümündə onun məzarını ziyarət edərək duyğusal anlar yaşadı.

Minval.info xəbər verir ki, Vüsalə Əlizadə atasının və qardaşının məzarında çəkilən görüntüləri sosial şəbəkədə paylaşaraq “Sonsuz sevgim” ifadəsini əlavə edib.

Yaxınlarının itkisi ilə barışa bilməyən aparıcı, “Sizin üçün çox darıxıram, hər ikinizə o qədər ehtiyacım var ki…” sözləri ilə duyğularını ifadə edib. O, “Canım çox yandı, çox yanır, çox… Hər gün yanır, hər xatirəmdə, hər andımda, hər haqqıma giriləndə, hər şər-böhtanda, hər kürəyimdən vurulanda, hər arxama dönüb tək olduğumu görəndə. Mən sizin üçün çox darıxıram. Hər ikinizə o qədər ehtiyacım var ki… Sizi bircə dəfə görmək üçün, dərdlərimi, ürəyimdəki qubarları bölüşmək üçün ömrümdən də pay verərdim. Kaş ki, bu günü tarixdən silə biləydim” deyə paylaşımında qeyd edib.

Xatırladaq ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn, 2021-ci ildə avtomobil qəzasında həyatını itirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: