Vinisiusun "real"dan ayrılmaq planları suya düşdü: "Arsenal"la anlaşma rədd edildi
“Real Madrid”in ulduz futbolçusu Vinisius Juniorun “Arsenal”a transferi ilə bağlı yayılan xəbərlər onun yaxın ətrafı tərəfindən rədd edilib. Bu barədə məlumatı jurnalist Ramon Alvares de Mon sosial şəbəkədə paylaşıb.
Minval.info xəbər verir ki, daha öncə yayılan xəbərlərdə London klubunun 26 yaşlı futbolçunun transferi üçün 123 milyon avro təklif etməyə hazır olduğu bildirilirdi. Lakin “Real Madrid”in bu transferdən təqribən 160 milyon avro qazanmaq istədiyi qeyd olunurdu.
Qeyd edək ki, Vinisius 2018-ci ildən “Real Madrid”in formasını geyinir və onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalına görə, futbolçunun hazırkı dəyəri 140 milyon avro olaraq qiymətləndirilir.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq