10.01.2018 - 23:28
Vacib
3 baxış
Vətəndaşlarla bağlı məxfi məlumatları “Optimal electronics”ə kim ötürür? - Banklarla gizli əməkdaşlıq
“”Optimal electronics” mağazalar şəbəkəsi daxili kreditlə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikası məhsullarının daxili kreditlə satışını təşkil edir.Daxili kredit dedikdə isə banklar deyil, mağazaların, şirkətlərin kredit mütəxəssisləri tərəfindən rəsmiləşdirilməsi nəzərdə tutulur. Lakin “Optimal electronics” kredit üçün müraciət edənlərlə bağlı araşdırma apararkən potensial müştərinin banklardakı kredit tarixçəsini də yoxlayır”.
Minval.İnfo xəbər verir ki, bu barədə məlumatı Finans.az-a mağazalar şəbəkəsinin müştərilərindən biri verib. Onun sözlərinə görə, mağazalardan birinə kredit üçün müraciət etdikdə kredit mütəxəssisi bildirib ki, kredit ayrılması üçün onun Mərkəzləşmiş Kredit Reyestrindəki kredit tarixçəsi də nəzərdən keçirilməlidir. Mağazanın reyestrə çıxışı olmadığından, bunu banklardan birinin köməkliyi ilə edir. Daha doğrusu, mağaza müştəri barədə məlumatları sıx əlaqədə olduğu banklardan birinin əməkdaşına göndərir, o isə kredit tarixçəsindən çıxarışı mağazaya təqdim edir. Yalnız bundan sonra müştəriyə müsbət və ya mənfi cavab verilir.
Sayt faktı dəqiqləşdirmək üçün “Optimal electronics”in internet saytı vasitəsilə onlayn məsləhətçiyə müraciət etdik. Jalə adlı onlayn məsləhətçi faktı təsdiqləyib və müştərinin kredit tarixçəsinə həqiqətən baxıldığını bildirib. O, bir mağazanın Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışı necə alması barədə sualını isə cavabsız qoyub.
Qeyd edək ki, vətəndaşlar barədə kredit hesabatlarını almaq hüququna aşağıdakılar malikdir: kredit təşkilatları, kredit tarixçəsinin subyekti, müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri). Sadalananlar istisna olmaqla kredit tarixçəsini təşkil edən məlumatın üçüncü şəxslərə açmamaq qanunla qadağandır. Buna baxmayaraq, “Optimal electronics” gizli əlaqələrdən istifadə etməklə vətəndaşlar barədə kütləvi şəkildə belə informasiyaları əldə edir və bu işdə bəzi bankların əməkdaşlarının da rolu var.
Bir müddət əvvələdək bank sektorunda çalışmış şəxslərdən biri deyib ki, “Optimal electronics” və bank əməkdaşları arasındakı münasibətlər qanunsuz əsaslarla və müəyyən maraqlar qarşılığında qurulur. Belə ki, bank əməkdaşı maddi marağı üçün Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumatları üçüncu tərəfə – “Optimal electronics”ə ötürür, bununla da ciddi qanun pozuntusuna yol verir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantinə alındı
19.06.2020 - 12:35
Binə və Sədərəkdə əməliyyat keçirildi
10.06.2022 - 13:39
“İrşad Electronics”-ə qarşı ciddi ittiham - "Telefonları saxtadır"
10.07.2018 - 18:40
Taksi sürücüsü maşını məktəblilərə çırpdı - DƏHŞƏTLİ VİDEO (+18)
04.06.2019 - 13:45
"Özüm döydürmüşəm, DTX-yə gəlirəm" - Xudayarın anası
29.04.2021 - 14:52
Penaltini boşa verənlər: Messi 1-ci, Ronaldu 2-cidir
12.11.2020 - 12:45