Vətəndaşlar nə qədər uşaq pulu verilməsini istəyirlər? - VİDEOSORĞU
Bu gün ölkə ictimaiyyətinin daha ciddi müzakirə etdiyi məsələlərdən biri də uşaq pulunun bərpası məsələsidir. Bu gün Azərbaycanda çox məhdud çərçivədə 3 yaşınadək uşaqlara uşaq pulu verilir. Lakin kütləvi olaraq, bütün uşaqlara uşaq pulu verilməsi təcrübəsi keçmişdə qalıb.
Dəfələrlə bu məsələ gündəmə gəlsə də, hazırda cəmiyyətdən gələn tələb daha böyükdür. Bir çox iqtisadçı ekspertlər və millət vəkilləri 18 yaşınadək uşaqlara uşaq pulunun verilməsini təklif etsələr də, dövlət qurumu tərəfindən belə bir qərarın olması təkzib edildi.
Lakin ekspertlər hesab edirlər ki, 18 yaşınadək uşaqlara uşaq pulunun verilməsinin həm ölkədə sosial təminatın güclənməsinə, həm də demoqrafik vəziyyətin yaxşılaşmasına təsir edəcək. Necə ki, dünyanın bir çox ölkələrində bu, mövcuddur.
ƏLAQƏLİ
“Türkün yardımını qəbul etmir, torpağından da çıxsınlar” – Sakinlərdən separatçılara SƏRT REAKSİYA
Bəs, vətəndaşlar, xüsusən də azyaşlı uşağı olan valideynlər uşaq pulunun verilməsini istəyirlərmi? Uşaqların aylıq xərcləri nə qədərdir? Aylıq nə qədər uşaq pulunun verilməsi arzuolunandır?
Musavat.com olaraq, bu suallarla paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlərin cavablarını daha ətraflı təqdim etdiyimiz videsorğudan izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=TSIpoRLyS7M
ƏLAQƏLİ
Oxumadan böyük pullar qazanmaq... Təhsil, yoxsa şans? Bakı sakinlərindən İLGİNC cavablar
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident seçkilərində Ərdoğan seçilsinmi? - Sorğu
"İran bizə heç nə edə bilməz, məhvinə az qalıb" - SORĞU
Neftimizin qiymət artımına müxalifət və paytaxt sakinləri nə deyir? - SORĞU
Görün azərbaycanlılar o suala hansı cavabları verdilər...