"Azərbaycana dost hesab etmədiyiniz 5 ölkənin adını deyə bilərsinizmi?"
Azərbaycana dost və düşmən olan ölkələr hansılardır? Zaman zaman bu sual ətrafında fikirlər yürüdülüb, polemikalar aparılıb. Əslində bu suala yaxın keçmişimizdə, 44 günlük Vətən savaşı dönəmində cavab tapılmışdı və ortada idi…
Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarından sonra Rusiya da rəsmi şəkildə ölkəsinə dost olmayan dövlətləri siyahılaşdırmağa qərar verib. ABŞ-ın siyahısında Rusiya, İran, Çin kimi dövlətlər varsa, Rusiyanın tezliklə elan olunacaq siyahısında ABŞ-la yanaşı Çexiya, Pribaltika ölkələrinin olacağı gözlənilir. Azərbaycan “supergüc” olmasa da, bu cür siyahıya ehtiyacı olmamış deyil.
ƏLAQƏLİ
“Türkün yardımını qəbul etmir, torpağından da çıxsınlar” – Sakinlərdən separatçılara SƏRT REAKSİYA
Cəbrayıl və Zəngilana son səfərində ölkə prezidenti İlham Əliyev “dost ölkələr” deyə fikir işlətdi və bəzi dövlətlərin adlarını açıqladı:
“Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir”.
Əlbəttə ki, bu ölkə adlarını Prezident təsadüfən açıqlamır və qeyd edilməlidir ki, bu, Azərbaycana dost ölkələrin yalnız bir qismidir. Amma o da sirr deyil ki, Azərbaycana dost olmayan ölkələr də var ki, onlar 44 günlük haqq işimiz-Qarabağ müharibəsində anti-Azərbaycan mövqeyi ilə seçildilər. Maraqlıdır, belə bir siyahını seçməyi ictimaiyyətə həvalə etsək, bizə dost olmayan ölkələrin siyahısı necə olar?!
ƏLAQƏLİ
Oxumadan böyük pullar qazanmaq... Təhsil, yoxsa şans? Bakı sakinlərindən İLGİNC cavablar
Paytaxt sakinləri arasında apardığımız sorğu zamanı “Azərbaycana dost hesab etmədiyiniz beş ölkənin adını sadalaya bilərsinizmi?” sualına cavab almağa çalışdıq. Daha ətraflı izləmək üçün təqdim etdiyimiz videoreportajı izləyə bilərsiniz.
https://youtu.be/AHP98c48vHI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident seçkilərində Ərdoğan seçilsinmi? - Sorğu
"İran bizə heç nə edə bilməz, məhvinə az qalıb" - SORĞU
Neftimizin qiymət artımına müxalifət və paytaxt sakinləri nə deyir? - SORĞU
Görün azərbaycanlılar o suala hansı cavabları verdilər...