"Uşaqlarımı əlimdən alıb dinini dəyişdilər" - Azərbaycanlı mühacirin harayı
Almaniyanın Köln şəhərində yaşayan Davud Əliyev qızlarını geri almaq üçün Türkiyə və Azərbaycanın rəhbərliyinə müraciət edib.
Minval.İnfo Sputnik Azərbaycan-a istinadən bildirir ki, Azərbaycan vətəndaşı olan Davud Əliyevin 10 və 12 yaşlı qızları 7 il əvvəl Köln Gənclik Mərkəzi tərəfindən əlindən alınıb.
Uşaqlarını geri qaytarmaq üçün əlindən gələni edən Əliyev buna nail ola bilməyib.
Həyat yoldaşı ilə ayrıldıqlarını deyən Əliyev uşaqların vəkalətinin ona verildiyini, ancaq həyat yoldaşının şikayəti ilə uşaqların ondan alındığını bildirib.
“4 il övladlarımı görə bilmədim. Uşaqlarımın dediyinə görə, onları xristian ediblər. Artıq onlar başqa dinə inanırlar. Xahiş edirəm, mənə yardım edin. Türkiyə və Azərbaycan prezidentlərindən mənə yardım etmələrini xahiş edirəm”.
Davud Əliyevin sözlərinə görə, hazırda ona uşaqlarını həftədə bir dəfə 3 saat nəzarətçi ilə görməsinə iaczə verilir.
Ata qızlarının öz dilini unutduğunu da qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ