Ürək sağlamlığı üçün şərab, qoz-fındıq və dostluğun sirli gücü!
Son elmi araşdırmalar ürək-damar sağlamlığı sahəsində bir sıra əhəmiyyətli nəticələr ortaya çıxarıb. İsveçdə aparılan 30 illik tədqiqatın nəticələrinə görə, pivə istehlak edən kişilərdə infarkt riski daha yüksəkdir. Bunun əksinə olaraq, şərab içənlərdə ölüm riski daha aşağı olub. Lakin bu tədqiqatın səbəb-nəticə əlaqəsini tam sübut etmədiyi qeyd olunur.
Minval.info xəbər verir ki, gündəlik qoz-fındıq istehlakı da yüksək təzyiq riskini azalda bilər. Araşdırmalara əsasən, gündə 30-35 qram qoz-fındıq qəbul edən şəxslərdə hipertoniya riski 26 faizədək azalıb.
Alimlər, həmçinin, ürək xəstəlikləri riskini qiymətləndirərkən bel çevrəsinin bədən çəkisindən daha əhəmiyyətli bir göstərici olduğunu müəyyən ediblər. Qarın bölgəsindəki artıq yağlanma ürək-damar xəstəlikləri riskini artırır.
ƏLAQƏLİ
İran və qətər arasında pilot mübahisəsi: Əsirlik iddiaları və qarşılıqlı ittihamlar
Digər bir tədqiqat isə güclü sosial əlaqələrin həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir etdiyini göstərir. Dostluq münasibətlərindən məmnun olan insanların sağlamlıq göstəriciləri daha yüksəkdir.
Bundan əlavə, alimlər bağırsaqda qanda şəkər səviyyəsini izləyən və GLP-1 hormonu istehsal edə bilən genetik modifikasiya olunmuş bakteriyalar hazırlayıblar. Bu sistem hələlik heyvanlar üzərində sınaqdan keçirilib və gələcəkdə diabet və piylənmənin müalicəsində istifadə oluna bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polşada tarixi kilsə yanğında külə döndü: Yalnız xaç salamat qaldı
Ucarda "mercedes" betonla toqquşdu: Sürücü və sərnişinlər xəsarət aldı
Tanınmış pedaqoq həsən osmanovun vaxtsız vəfatı: Təhsil aləmində böyük itki