29.09.2026 - 11:54
Ukrayna müharibəsində Avropa çempionu Soslan Qaqloyev həlak oldu
Hadisə 1 baxış

Ukrayna müharibəsində Avropa çempionu Soslan Qaqloyev həlak oldu

Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ağır atletika üzrə gənclər arasında Avropa çempionu Soslan Qaqloyev həyatını itirib.

Minval.info xəbər verir ki, bu barədə Sankt-Peterburq Bədən Tərbiyəsi və İdman Komitəsi məlumat yayıb. Qaqloyevin ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb, lakin onun Ukraynaya qarşı aparılan müharibədə könüllü döyüşçü kimi iştirak etdiyi bildirilir.

Qaqloyev 2008-ci ildə gənclər arasında keçirilən Avropa çempionatında qitə çempionluğu qazanmışdı. Növbəti il isə Dünya Çempionatında birdən qaldırma üzrə bürünc medal sahibi olmuşdu.

Həmin il yeniyetmələr arasında Avropa Çempionatında təkanla qaldırmada bürünc və kiçik gümüş medal qazanmışdı. İdman karyerasını başa vurduqdan sonra Sankt-Peterburqda məşqçi olaraq fəaliyyət göstərmişdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: