14.07.2018 - 15:30
Ölkə
20 baxış
Ukrayna dairəsində təmir işləri nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Bakının Ukrayna dairəsində təmir işləri təxminən bir həftə davam edəcək.
Minval.İnfo xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri hissə-hissə aparılacaq: “Təmir işləri hissə-hissə aparılacaq. Dairənin bir hissəsi asfaltlanandan sonra açılacaq və digər hissədə təmir başlanacaq. Bu müddət ərzində həmin ərazidə hərəkət edən nəqliyyat vasitələrinin yolu dəyişdirilib. Dairəyə giriş bağlanan ilk gün ərazidə sıxlıq yaranmışdı. Səbəb sürücülərin əksəriyyətinin məsələdən xəbərsiz olması idi. Artıq ərazidə vəziyyət normallaşıb və sıxlıq yoxdur”.
Xatırladaq ki, iyulun 10-dan etibarən Ukrayna dairəsinin bir hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri əlaqədar ətraf yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, həmin istiqamətdə hərəkət edən 21, 44, 60, 62, 132, 104 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Dəyişikliyə əsasən, 21, 44, 60, 132 və 183 nömrəli marşrut xətləri üzrə avtobuslar Gəncə pr. – Xudu Məmmədov küçələri, əks istiqamətdə isə Məhəmməd Hadi küç – Xudu Məmmədov küç – Gəncə prospekti ilə hərəkət edəcəklər. 62 və 104 nömrəli müntəzəm marşrut xətti üzrə isə avtobuslar Məhəmməd Hadi küç – Sarayevo küç – Telnov küç – Neapol dairəsi istiqamətində hərəkət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı və Sumqayıtda sentyabr pensiyaları ödənildi
11.09.2026 - 17:01
Azərbaycan və İordaniya arasında vizasız səyahət razılığı
11.09.2026 - 16:47
Buraxılış imtahanının nəticələri açıqlandı!
11.09.2026 - 16:40
Azərbaycan balı Avropa İttifaqı bazarına çıxır
11.09.2026 - 16:19
Azərbaycanda erkən analıq: 2022-ci ilin statistikası
11.09.2026 - 16:12
Rövşən Nəcəfdən "Sabah"a mövsüm öncəsi dəstək
11.09.2026 - 15:51
Azərbaycanlılar qara siyahıda: Sərhəddə ciddi nəzarət!
11.09.2026 - 15:37
Maaş və pensiyalar artır: Yeni müjdələr yolda!
11.09.2026 - 15:30