Ucarın Alpout kəndində susuzluq feryadı: Sakinlər çarəsiz durumda yardım gözləyir
Ucar rayonunun Alpout kəndində yaşayan təxminən 4 min nəfər əhali ciddi susuzluq problemi ilə üzləşib. Kənd sakinləri həm içməli, həm də suvarma suyunun çatışmazlığından illərdir əziyyət çəkdiklərini bildirirlər.
Minval.info xəbər verir ki, kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək, aidiyyəti qurumlardan problemin həlli üçün yardım istəyiblər. Onların sözlərinə görə, kəndə su yalnız ayda bir-iki dəfə gəlir və bu zaman su üstündə mübahisələr yaranır, insanlar arasında gərginlik artır.
Sakinlərdən biri vəziyyətin dözülməz olduğunu vurğulayaraq, “Ölüm ayağındayıq. Bu istidə susuzluqdan əziyyət çəkirik. Nə özümüzə, nə də heyvanlarımıza su tapa bilirik. Çox ağır vəziyyətdəyik” deyə bildirib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı