09.08.2026 - 09:56
Hadisə 19 baxış

Ucarda faciəli gecə: Velosipedçiyə çırpılan avtomobil ölümə səbəb oldu

Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Hadisə Bakı-Qazax magistral yolunun Küçəkənd kəndindən keçən hissəsində gecə saatlarında qeydə alınıb.

Minval.info xəbər verir ki, Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü Rusif İsmayıl oğlu Mehralıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkət edərkən velosipedçiyə çırpılıb. Nəticədə velosipedçi aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hazırda baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: