Ucarda faciə: "KamAZ" və "ford" toqquşması iki can aldı, birinin kimliyi bəlli oldu
Ucar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib.
Minval.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Ramal kəndi ərazisində baş verib. Qəza zamanı “KamAZ” markalı yük maşını “Ford” markalı yük maşını ilə toqquşub.
İlkin məlumatlara əsasən, “Gazelle” markalı avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərdən birinin 1980-ci il təvəllüdlü Mirzəyev Elnur Elman oğlu olduğu müəyyən edilib. O, Mingəçevirdə qeydiyyatda olan məcburi köçkün idi və Gəncədə Qaz istismarı idarəsində çalışırdı.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Digər həyatını itirən şəxsin kimliyi isə hələ dəqiqləşdirilir. İddialara görə, hər iki şəxs Ağdam rayon sakinləridir və Mingəçevirdə yaşayırlar.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı