30.01.2018 - 20:55
İdman
23 baxış
Türkiyədə transfer bombası partladı
Türkiyə Super Liqasında transfer bombası partlayıb. Fanat.Az xəbər verir ki, Samuel Eto qardaş ölkədə klubunu dəyişib.Minval.İnfo Fanat.Az-a istinadən xəbər verir ki, “Qalatasaray” və “Fənərbaxça”nın istədiyi deyilən seneqallı ulduz fərqli seçim edib. “Göztəpə”dən Adis Yahoviçi 1,5 milyon avroya alan “Konyaspor” bu gün Etonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat katibi Ahmet Baydar sosial mediada açıqlama yayıb: “Klubumuzun Samuel Eto ilə danışıqları müsbət yekunlaşdı. Xeyirli-uğurlu olsun. Allah utandırmasın”.
“Konyaspor” seneqallı futbolçu üçün “Antalyaspor”a transfer haqqı ödəməyəcək. 2,5 illik müqavilə imzalayacaq Eto sabah komandaya qoşulacaq və “Qalatasaray”la oyuna qədər hazır olacaq.
Qeyd edək ki, Eto karyerası ərzində İspaniyada “Real”, “Leqanes”, “Espanyol”, “Malyorka”, “Barselona”, İtaliyada “İnter”, “Sampdoriya”, Rusiyada “Anji”, İngiltərədə “Çelsi” və “Everton” klublarında oynayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54