Türkiyədə dənizdə dəhşətli anlar: 115 nəfərlik qayıqda yanğın, sərnişinlər dənizdə xilas oldu
Türkiyənin Muğla vilayətində, Fethiye bölgəsində, 115 nəfərin olduğu bir gəzinti qayığında yanğın baş verib.
Minval.info xəbər verir ki, alovlar sürətlə yayıldığı üçün sərnişinlər, aralarında uşaqlar da olmaqla, xilasedici jiletlərini geyinərək dənizə atılmağa məcbur olublar.
Hadisə yerinə dərhal Türkiyənin Sahil Mühafizəsi və tibbi yardım qrupları cəlb edilib. Ətrafdakı qayıqlar da xilasetmə işlərinə dəstək göstəriblər.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Sərnişinlərin hamısı təhlükəsiz şəkildə təxliyə edilib. Yanğın nəticəsində qayığın böyük bir hissəsi yararsız hala düşüb və daha sonra batmağa başlayıb.
İlkin məlumatlara görə, hadisə zamanı heç kim həyatını itirməyib və ya xəsarət almayıb. Sərnişinlər tibbi müayinədən keçirilib.
Yanğının səbəbi hələlik müəyyən edilməyib, lakin hadisə ilə bağlı araşdırmalar davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı