Toya gedən ailə qəzaya düşdü - Xəsarət alanlar var

İmişli rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info saytı report.az-a istinadən bildirir ki, hadisə günorta saatlarında İmişli şəhərində, Şəhidlər Xiyabanı yaxınlığında qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən qarşıdan gələn avtomobillə toqquşma təhlükəsi ilə üzləşib. Bu səbəbdən sürücü maşını yolun kənarına çıxarıb.
Hadisə zamanı “Mercedes”də olan İmişli sakinləri: – 1972-ci il təvəllüdlü Nüşabə Mecdin qızı Fərmanova və qızı – 2002-ci il təvəllüdlü Aysel İnqilab qızı Fərmanova, 1979-cu il təvəllüdlü Aynurə Atakişi qızı Quliyeva və övladları: – 2008-ci il təvəllüdlü Ülvi Mahir oğlu Quliyev və 2002-ci il təvəllüdlü Səbinə Mahir qızı Quliyeva aldıqları yüngül bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı
Milyoner iş adamı estetik əməliyyatda öldü
Çin-Nepal sərhədində torpaq sürüşməsi: 43 ölü, 519 itkin
Astarada bədbəxt hadisə: Başına boru düşən şəxs öldü
ABŞ Hörmüzdə gizli minatəmizləmə əməliyyatı aparıb
Qazaxda avtomobil qəzası: İki qardaş yaralandı
Zaqatalada mağaza yanğını: Xəsarət alan yoxdur