27.09.2026 - 11:01
Tovuzda avtomobil iki gənc qızı vurdu
Hadisə 6 baxış

Tovuzda avtomobil iki gənc qızı vurdu

Tovuzda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki gənc qız xəsarət alıb. Hadisə Qovlar şəhərində baş verib.

Minval.info xəbər verir ki, “Range Rover” markalı avtomobil 2010-cu il təvəllüdlü X.Ələkbərova və onun həmyaşıdı F.Nəsibovanı vurub. Hadisə nəticəsində hər iki gənc xəsarət alıb.

İlkin məlumata görə, qızlardan biri Tovuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, digəri isə Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: