Torpaqlarımızın işğalına başçılıq edən erməni general həbs edildi - Video
Deputat-general Manvel Qriqoryan və Don Pipo kimi məşhur olan kriminal avtoritet Artur Asatryan bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıblar.
Minval.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə MTX-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, həbslər Eçmiədzin şəhərində iki müxtəlif cinayət işi üzrə keçirilən operativ-axtarış tədbirləri çərçivəsində aparılıb. Axtarışlar zamanı MTX-nın tədqiqatçıları böyük miqdarda silah-sursat aşkar ediblər.
Manvel Qriqoryanla bağlı Ermənistan Cinayət Məcəlləsinin 235 maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş cinayətdən (ilkin sövdələşmə üzrə bir qrup insan tərəfindən qanunsuz odlu silahın əldə edilməsi və saxlanılması) söhbət gedir. Saxlanılma MTX-nın aldığı operativ məlumatların araşdırılması çərçivəsində həyata keçirilib. M.Qriqoryan Ermənistan parlamentinin deputatı olduğu üçün MTX Milli Məclisin spikerinə məlumat verib ki, saxlanılma Ermənistan Konstitusiyasının 96 maddəsinə (deputat toxunulmazlığı ilə bağlı məsələləri tənzimləyir) müvafiq olaraq aparılıb.
Artur Asatryanaya (Don Pipo) gəlincə, onun tutulması, barəsində hazırlanan ölümə qəsd haqqındakı cinayət işi çərçivəsində həyata keçirilib.
“Kriminal avtoritetlə bağlı axtarışlar, həyatına sui-qəsd hazırladığı ehtimal olunan insanların oğurluğu fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində Asatryanın malikanəsində, ona yaxın tikililərdə və başqa ərazilərdə aparılıb, silah-sursatlar tapılıb”,- xəbərdə deyilir.
Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayılı və Fizulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Fizuli rayonunu tamamilə məhz o qarət edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.
https://youtu.be/cB_nTQlQMHg
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı