10.05.2022 - 14:33
Texno 113 baxış

“TikTok”dan pul qazanmağın yeni üsulu - Əvvəlkindən daha çox qazanc əldə edəcəksiniz!

“TikTok” istifadəçilərin pul qazanması üçün yeni özəllik istifadəyə verir. 
AZXEBER.COM xəbər verir ki, “TikTok” “Youtube” kimi yeni bir özəlliyi sınaqdan keçirir.
Bu platformada pul qazanmağın yeni üsulu olacaq. Belə ki, şirkət videolar reklamlarla yayımladığı zaman müəyyən gəlir məbləğini ən yaxşı məzmuna əsasən verəcək.  “Youtube”dan fərqli olaraq “TikTok”da daha böyük ödənişlər olacaq.
Şirkət özəlliyin ilk mərhələdə ən azı 100 min izləyicisi olan istifadəçilərin paylaşma proqramı üçün uyğun olacağını bildirib.
“TikTok”-un Şimali Amerika üzrə baş meneceri Sandie Hawkins verdiyi açıqlamada proqramın ABŞ-da iyun ayında istifadəyə veriləcəyini deyib.

Açar sözlər: #TikTok
Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: