10.07.2018 - 12:25
Vacib
21 baxış
Terrorçu qruplara qoşulan azərbaycanlıların sayı açıqlandı - RƏSMİ
“Şimali Qafqazdakı terror qruplarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla, Əfqanıstan, Pakistandakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşları 300-ə yaxın, Suriyaya gedənlərin sayı isə 1000-dən artıqdır. Bu, həmin hadisələrin təbliğatı, reklamı ilə əlaqədardır”.Minval.info xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.
DTX rəsmisinin sözlərinə görə, həmin ərazidə hadisələrin təbliğatına böyük vəsait ayrılıb və daha çox reklam edilib: “Lakin bu gün müvafiq qurumlarla görülən tədbirlər nəticəsində prosesin qarşısı alınır. Bütün dövlət orqanlarının birgə fəaliyyət göstərməsi ilə Azərbaycanda bu istiqamətdə xoş və lazımi nəticə müşahidə edilir”.
S.Mahmudov qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti radikallıq mənbəyinə çevrilən qüvvələrlə mübarizənin açıq və gizlin metodlarının koordinasiyası, əməliyyat-axtarış və hüquqi tədbirlərdən istifadə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
26.07.2026 - 15:24
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
06.02.2026 - 14:54
Ukraynada korrupsiya qalmaqalı böyüyür
19.11.2025 - 17:17
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
19.11.2025 - 16:38
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
19.11.2025 - 15:12
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
19.11.2025 - 15:05