Tərtər işi, Canlı Tv, Azərbaycan, TvMusavat, Xəbər, xəbərlər, xəbərlər, son dəqiqə, xəbərlər bugün 2022, xəbər zamanı, siyasət, canlıdebat, xəbər zamanı, təcili xəbər, yenixəbər, son xəbərlər. Tərtər işi, Nəcməddin Sadıkov, Ramiz Mehdiyev, istefa, Ramiz Mehdiyev istefa…

Ramiz Mehdiyev dövlət qoruması altında –niyə və daha kimlər…
Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın riyaziyyat və mexanika institutunun direktoru Misir Mərdanov Ramiz Mehdiyevlə bağlı məlum müraciətində maraqlı bir məqam da diqqəti cəlkb edib. Misir Mərdanov R.Mehdiyevin ciddi mühafizə edildiyini deyib. “Bir zamanlar həqiqi elm xadimləri olan Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev kimi şəxsiyyətlər AMEA-nın Prezidentləri olublar, sadə bir ziyalı kimi həmişə elm xadimlərinin yanında, alimlərin içində, Elmi-tədqiqat institutlarının iclaslarında olub, Akademiyanın həyatı ilə yaşayıblar. İndi Ramiz Mehdiyev yeganə adamdır ki, işə silahlı mühafizəçilərlə, Dövlət Yol Polisinin və iki avtomobilin müşayiəti ilə gəlir. Heç kəsin ona yaxınlaşıb dərdini demək şansı yoxdur” deyə, M.Mərdonov bildirib. AMEA Rəyasət Heyətinin mətbuat xidmətindən “Report”a v bildirilib ki, R.Mehdiyevə mühafizə dövlət tərəfindən ayrılıb. Yəni o, özü üçün xüsusi mühafizə xidməti saxlamır.

Maraqlıdır, R.Mehdiyev niyə dövlət qoruması altındadır ? Əgər şəxsi mühafizə olardısa , o halda iki DYP maşının onu müşahidə edə bilməzdi. İndiyədək AMEA prezidentlərinin bu cür qorunmadığını M.Mərdanov da deyib. O halda Mehdiyev hansı statusda dövlət qoruması altındadır? Dövlət qoruması hansı şəxslərə aiddir? R.Mehdiyev (və ya digər şəxslər) öz mühafizəsinni təşkil etmək üçün nə etməlidir, hansı dövlət orqanı ilə müqavilə bağlamalıdır?
Ramiz Mehdiyev niyə AMEA-dan getmir?

Tərtər işi”: qanunsuz hökmlərə imza atan hakimlər və…
____
Baş Prokurorluq Tərtər hadisələri ilə bağlı həbs olunan bir sıra şəxslərin adlarını açıqlayıb.
Yerli media həmin hərbçilərin ikisinin kimliyi və vəzifələri ilə bağlı məlumatlar əldə edib.
Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlunun rütbəsi polkovnik olub. O, Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsinin komandiri kimi 2017-ci ilin aprel-may aylarında tabeliyində olan şəxsləri təhqir etməkdə, döyməkdə, işgəncə verməkdə ittiham edilib.
Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə ona elan edilmiş qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə ittihamları sübuta yetirilmədiyindən bu maddələr üzrə komandirə bəraət verilib.
Yekunda V.Ələsgərov 3500 manat cərimə olunmaqla həbs edilməyib. Hazırda yenilənən istintaqla polkovnikə Cinayət Məclləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham elan olunub.
Deməli, hakimlər də qondarma qərar çıxarıb, yalançı ittiham aktlarını təsdiqləməklə kifayətlənib. Məhkəmələr araşdırma aparmayıb, həqiqəti üzə çıxarmayıb, yalnız sifarişi təsdiqləyiblər.
Sosial şəbəkələrdə işgəncələrə məruz qalanlar Hərbi Prokurorluğun yüksək vəzifəlilərinin birbaşa prosesdə iştirakından danışırlar.
Görünür, faktlar təsdiqləndiyi halda Hərbi Prokurorluqdan da istefalar və həbslər olacaq.

#canlı #trend #təcilixəbər #yenixəbər #xəbərlərbugün #sonxəbərlər #xəbərlər #2021#xəbərlərsondəqiqə #sonxəbərlər #2021 #yenixəbərlər #müharibəxəbərləri #xəzərxəbər #putin #xeberler #sonxeberler #2022 #xeberler #sondəqiqə