Son dəqiqə - Bayıldan əhalini köçürürlər, təhlükə var
Bayıl yamacında sürüşmə aktivləşib. Bu səbəbdən hazırda Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri sürüşmə ərazisinə yaxın məsafədə yerləşən evlərdə yaşayan sakinləri köçürürlər.
Bu barədə Bayıl sakini Zahid Aslanov məlumat verib. O bildirib ki, ərazidə sürüşmə aktivləşib:
“Son günlər müvafiq qurumlardan nümayəndələr gəlib, sürüşmə ilə maraqlanırlar. Bizə də bildirdilər ki, evinizi tərk edin. Burada yaşamaq təhlükəlidir. Ancaq gedəcək yerimiz yoxdur. Ona görə də əksər ailələr evlərini tərk etmək istəmir. Bizə ərizə yazırdılar ki, təhlükəsizliyinizə təminat vermirik. Hazırda polislər və icra nümayəndələri əhalidən evlərini tərk etmələrini tələb edirlər”. musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ