SOCAR-ın Qaz Emalı Zavodunda genişmiqyaslı yanğın-taktiki təlim keçirildi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Azərbaycan Dövlət Neft Şirkətinin Yanğından Mühafizə İdarəsi ilə birgə Bakı şəhəri, Qaradağ rayonundakı SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim təşkil edib. Təlimin məqsədi yanğın hadisələri zamanı mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək və şəxsi heyətin bacarıqlarını artırmaq olub.
Minval.info xəbər verir ki, bu təlimdə əsas diqqət yüksək yanma riski olan məhsulların saxlanıldığı çənlərdə baş verə biləcək yanğınlara yönəldilib. Təlim zamanı çəndə baş vermiş şərti yanğın hadisəsinə operativ reaksiya göstərilib və yanğının söndürülməsi əməliyyatı həyata keçirilib.
Təlimdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və SOCAR-ın Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin bölmələri iştirak edib. Ümumilikdə 6 texnika və 29 nəfərlik şəxsi heyət bu əməliyyata cəlb olunub.
ƏLAQƏLİ
Bakıda bağlı qapı arxasında qalan 2 nəfər xilas edildi, 1 meyit tapıldı
Təlimin uğurla tamamlanmasından sonra əldə edilən nəticələr müzakirə edilib, gələcək üçün müvafiq tapşırıqlar müəyyənləşdirilib. Bu cür təlimlər, obyektin təhlükəsizliyini artırmaq və fövqəladə hallara hazırlığı təmin etmək baxımından böyük əhəmiyyət daşıyır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda bağlı qapı arxasında qalan 2 nəfər xilas edildi, 1 meyit tapıldı
Azərbaycanda itkin düşən 9 nəfər tapıldı
Flydubai təyyarəsində kopilot kapitanı balta ilə hücuma məruz qoyub
Flydubai təyyarəsində terror cəhdi: ikinci pilot baltayla hücum etdi
Flydubai təyyarəsində kopilotun hücum cəhdi: İstintaq davam edir
Əhmədli qəsəbəsində ərzaq köşkündə yanğın hadisəsi
Bakıda dəhşətli hadisə: oğul anasını yandırdı