Üzərində "Lə ilahə illəllah" yazılmış pivə satışa çıxarıldı - FOTOLAR
Ramazan ayına bir neçə gün qalmış satışa çıxarılmış pivələr müsəlmanların etirazına səbəb olub.
“Privatbrauerei Eichbaum GmbH & Co. KG” adlı alman firması “Ureich” markalı pivə şüşələrinin üzərinə “Lə İlahə İlləllah və Muhammədun Rəsulullah” yazdırıb. Satışa çıxarılan pivələr xüsusilə Almaniyada yaşayan türklərin narazılığına səbəb olub.
Minval.İnfo xəbər verir ki, müsəlmanlar bu pivələrin tezliklə bazardan yığışdırılmasını və şirkətin üzr istəməsini tələb edirlər. Şirkət məsələyə münasibət bildirib.
Şirkətdən deyilib ki, bunun səbəbi Rusiyada keçiriləcək Dünya Çempionatı ilə bağlıdır: “Çempionatla bağlı məhdud sayda pivə istehsal edilib. Bu pivələrin qapaq hissəsi ölkələrin bayraqları əsasında dizayn edilib. Səudiyyə Ərəbistanı bayrağında yazılan “Lə ilahə illəllah” sözü diqqətdən qaçıb, nəzərə alınmayıb. İslam dininə qarşı hər hansı bir qərəzli addımımız ola bilməz”.
Səudiyyə Ərəbistanı bayrağı – İslamı tərənnüm edən yaşıl parçanın üzərində “Lə İlahə İlləllah və Muhammədun Rəsulullah” ifadəsi yazılıb. Ağ rəngdə olan əyri qılınc şəkli isə ölkənin əsasını qoyan Abdullah ibn Əbdüləziz əs-Səudun qələbəsini tərənnüm edir. Parametrləri 2:3 nisbətindədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ

