14.04.2022 - 13:33
Region 179 baxış

SEPAH-dan Azərbaycana qarşı daha bir təxribat

İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Fars” xəbər agentliyi Qarabağın adını təhrif edərək “Artsax” yazaraq Rusiya Müdafiə Nazirliyinin mövqeyini təbliğ edir. 

Gundem.az xəbər verir ki, agentlik Azərbaycan hərbçilərinin atəşkəsi pozduqlarını və “Artsax”da dinc sakini güllələdiklərini iddia edir.

“Hadisə Azərbaycan Ordusunun sərhədi pozaraq irəlilədiyi “Parux” (Fərrux) bölgəsində baş verib. Bir gün sonra Azərbaycanın “Bayraqdar” pilotsuz uçuş aparatı “Artsaxa” hücum edərək üç erməni hərbçisini öldürüb”– SEPAH-ın saytında qeyd olunub.

Qeyd edək ki, son günlər SEPAH-a aid media orqanları Azərbaycan və Türkiyəyə qarşı təhdid məzmunlu materiallar yayır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: