23.08.2026 - 12:04
Hadisə 158 baxış

Sankt-Peterburqda sənaye zonasında nəhəng yanğın

Sankt-Peterburqda yerləşən Kolpino rayonundakı sənaye zonasında böyük bir yanğın baş verib. Yanğının əhatə etdiyi ərazinin 80 min kvadratmetrdən çox olduğu bildirilir.

Minval.info xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğınla bağlı ilk siqnal Moskva vaxtı ilə saat 01:56-da daxil olub. Hadisənin başvermə səbəbi hələlik müəyyənləşdirilməyib.

Yanğının mürəkkəbliyi yüksək qiymətləndirilib və alovun söndürülməsi üçün genişmiqyaslı qüvvələr səfərbər edilib. Əraziyə ümumilikdə 217 nəfər və 65 xüsusi texnika cəlb edilib ki, bunların arasında FHN-in 132 əməkdaşı və 42 texniki vasitəsi də var.

Hadisə zamanı sənaye zonasının yerləşdiyi ərazidən bir neçə kilometr uzaqda belə güclü tüstü və yanıq qoxusunun hiss edildiyi bildirilir. Yanğının baş verdiyi ərazidə müxtəlif logistika xidmətləri göstərən şirkətə məxsus anbar kompleksləri yerləşir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: