Salah “Trabzonspor”u niyə seçdi? Sensasion transferin PƏRDƏARXASI
“Trabzonspor”un prezidenti Ertuğrul Doğan Məhəmməd Salahın Türkiyə klubuna transferinin necə baş tutduğunu açıqlayıb.
34 yaşlı misirli ulduzla ikiillik müqavilə imzalanıb. Salahın illik 17 milyon avro qazanacağı, həmçinin üzərində adı olan məhsulların satışından 20 faiz pay alacağı bildirilir.
Doğanın sözlərinə görə, Salah danışıqlar zamanı “Niyə məhz ‘Trabzonspor’u seçməliyəm?” sualını verib. Klub rəhbərliyi ona Trabzon şəhərində futbolçulara göstərilən sevgidən və azarkeşlərin bənzərsiz münasibətindən danışıb.
Tərəflər arasında ilk görüş “Zoom” vasitəsilə keçirilib. Salah Mikonosda istirahətdə olduğu müddətdə danışıqlar davam etdirilib və transfer beş-altı gün ərzində yekunlaşıb.
Futbolçunun müqavilə mərasiminə “Papara Park”da 35 min azarkeş qatılıb. Transferdən sonra ilk dörd-beş gündə satılan mövsümlük biletlər Salahın builki maaşının təxminən 70 faizini qarşılayıb. Klub mövsümlük bilet satışının 30 mini ötəcəyini gözləyir.
“Liverpul”da keçirdiyi doqquz il ərzində Premyer Liqada 191 qol vuran Salah yeni klubunda debütünü “Kasımpaşa” ilə 1:1 hesablı oyunda edib./Lent.Az
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək