Sabunçuda külək ağacı evin üstünə aşırdı: Ailə təhlükə altında yaşamaq məcburiyyətində qaldı
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində güclü külək nəticəsində bir ağacın aşması dörduşaqlı ailənin evindən çıxmasına səbəb olub. Hadisə Eldar Xəlilov küçəsi, 32 ünvanında baş verib və artıq 4 gündür ki, ağacın budağı ərazidən götürülməyib.
Minval.info xəbər verir ki, ağacın qırılan budağı evdə yaşayan ailə üçün ciddi təhlükə yaradır. Təhlükəsizlik səbəbindən ailə üzvləri iki gündür ki, evdə qala bilmirlər.
Sakinlər qeyd edirlər ki, hadisə baş verdiyi gündən etibarən aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, hələ də heç bir tədbir görülməyib. Ərazidə aparılan müşahidələr zamanı digər təhlükəli vəziyyətlər də aşkar edilib. Məhəllədə quru və əyri bitən ağaclar, qırılmaq təhlükəsi olan budaqlar mövcuddur.
Sakinlərin sözlərinə görə, bəzi ağaclar qaz borularının üzərində yerləşir ki, bu da yanğın və digər təhlükəli vəziyyətlərin yaranması riskini artırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib