Sabiq icra başçısı həbs olundu - Narkotik ittihamı
Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli həbs edilib.
Bu barədə S.Rüstəmovun qardaşı Taleh Rüstəmov məlumat verib.
O bildirib ki, tutulan şəxslər barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib: “Saleh Rüstəmov Rusiya vətəndaşıdır, orada yaşayır, Azərbaycana qonaq gəlmişdi. Şəmkirdə saxlanılaraq barəsində həbs qərarı çıxarıldı. Vidadi Rüstəmli isə Bakıda saxlanılıb. Onların həbsinin səbəbləri bizə bəlli deyil”.
Qeyd edək ki, Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Haimiyyətinin başçısı olub. Report
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Telman İsmayılovun nəvələri yoxsulluq içində yaşayır
Milli Məclisin mətbuat katibi vəzifəsindən azad olundu
Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən - Açıqlama
Bəxtiyarla görüntüləri yayılan qadınlardan polisə şikayət daxil olub - DİN
Lənkəranda vəzifəli şəxslər məktəbli qızı döyüb? - Fotolar
Deputatın oğlu həbs olunub - RƏSMİ
