Şəmkirdə piyada ölümü: "Mercedes" faciəsi
Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir piyada həyatını itirib. Hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisindən keçən 397-ci kilometrində qeydə alınıb.
Minval.info xəbər verir ki, 1990-cı il təvəllüdlü Ağstafa rayonu, Eynallı kənd sakini Səbuhi Mahmud oğlu Mustafayevin idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən bir qadın piyadanı vurub. Nəticədə, piyada hadisə yerində dünyasını dəyişib.
Aparılan istintaq tədbirləri zamanı ölən şəxsin 1972-ci il təvəllüdlü Şəmkir rayonu Mahmudlu kənd sakini Təravət Azad qızı İsrafilova olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-dən İrana qarşı yeni hərbi əməliyyatlar
Şəhid ailələri və qazilərə pulsuz mənzil şansı!
Hamilə bloger ağaca bağlanaraq yandırıldı
Alkoqolun xərçənglə əlaqəsi: Yeni araşdırma şok etdi
FHN SOCAR-da yanğın-taktiki təlim keçirdi
Yol polisi uşaqlar üçün təhlükəsizlik aylığı keçirir