Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
Şəmkir rayonunun Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirib. 2015-ci il təvəllüdlü qızın boğazında olan artıq ətin götürülməsi məqsədilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında cərrahi müdaxilə həyata keçirilib. Əməliyyatdan sonra evə buraxılan azyaşlı, evində vəfat edib.
Minval.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, azyaşlı avqustun 26-da otorinolarinqoloji əməliyyat üçün xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Pasiyentə adenoidlərin hipertrofiyası və xroniki tonzillit diaqnozları qoyulub və əməliyyat icra edilib. Əməliyyatdan sonra müalicə Reanimasiya şöbəsində davam etdirilib. Lakin avqustun 27-də saat 08:30 və 12:10-da qanaxma müşahidə olunub və göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, saat 13:40-da bioloji ölüm qeydə alınıb.
Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib və hadisə ilə bağlı araşdırma aparılır.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı