03.05.2018 - 17:44
Vacib
1 baxış
Səlim Müslümov infarkt keçirib? — Eks-nazirin köməkçisindən AÇIQLAMA
Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov infarkt keçirərək, təcili şəkildə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.Məsələni dəqiqləşdirmək üçün “Ölkə.Az”ın əməkdaşı Səlim Müslümovun mobil telefonuna zəng edib.
Telefona cavab verən və özünü Səlim Müslümovun köməkçisi kimi təqdim edən şəxs xəbərin yalan olduğunu bildirib.
O deyib ki, hazırda Səlim Müslümov istirahət edir və səhhətində heç bir problemi yoxdur:
“Səlim müəllim infakt keçirməsi və təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. Onun səhhətində hər hansı problemi yoxdur. Hazırda isə evində istirahət edir”.
Xatırladaq ki, Səlim Müslümov 2018-ci ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Kaktus” restoranında qonaqlıqda iştirak edənlər saxlanıldı - Video
04.07.2020 - 10:53
Bakının “Zara”da paltarlarını dəyişən qadınları videoya çəkirlər - Şok
22.05.2019 - 11:54
Azərbaycanda maaşlar artırılacaq (RƏSMİ)
03.03.2020 - 12:00
Yarım milyonluq mənimsəmə ilə bağlı niyə cinayət işi açılmır?
08.04.2022 - 12:08
Bakının mərkəzində ikimərtəbəli bina uçdu - VİDEO, FOTO
25.11.2019 - 16:02
Sərt karantinə görə üstündə dava salınan çörəklər zibil yeşiklərində - VİDEO
08.06.2020 - 14:14
Prezident sənədsiz binalarla bağlı fərman verdi
19.02.2019 - 15:21
Karantin rejimi 30 sentyabra qədər uzadıldı
29.08.2020 - 10:29