Şəkidə itlər niderlandlı turisti ağır yaraladı
Şəki rayonunun Baş Zəyzid kəndində Niderland Krallığının vətəndaşı itlərin hücumuna məruz qalaraq ağır yaralanıb. Hadisə avqustun 29-da səhər saatlarında baş verib.
Minval.info xəbər verir ki, 1979-cu il təvəllüdlü Kramer Anne Hestler adlı turist avqustun 26-da Frankfurt-Bakı aviareysi ilə Azərbaycana gəlib və Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxıb. Çələngi yaylağı istiqamətində hərəkət edərkən itlərin hücumuna məruz qalan turist müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ağır yaralı şəxsin təxliyəsi üçün Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, çətin dağlıq relyefdə həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib və o, operativ şəkildə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı