Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu - FOTOLAR

Azərbaycanın Gürcüstandakı səfirinin gözü qarşısında dövlət bayrağımız tərsinə asılıb.
Minval.İnfo Diaspor.az-a istinadən xəbər verir ki, ötən gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla Tbilisi şəhər Bələdiyyəsinin sədri Georgiy Tkemaladze arasında rəsmi görüş keçirilib.
Rəsmi görüş zamanı Azərbaycanın dövlət bayrağının tərsinə asılması diqqəti cəlb edib. Belə ki, rəsmilərin ikitərəfli görüşü zamanı masanın üzərinə qoyulan dövlət bayrağında rənglərin yeri səhv düşüb. Ən maraqlısı odur ki, bütün bunlar Azərbaycan səfirinin gözü qarşısında baş verib.
Qeyd edək ki,səfir öz dövlətini xarici ölkədə təmsil edən birinci dərəcəli səlahiyyətli şəxsdir.
Xatırladaq ki, D.Həsənov 2016-cı ilin dekabr ayından Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiridir.



ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ