Rusiyada məktəbə hücum - Yaralılar var - FOTOLAR
Perm şəhərindəki məktəbə hücum zamanı 8 şagird və müəllimi yaralanıb
Minval.İnfo xəbər verir ki, Rusiyanın Perm şəhərindəki məktəbə iki maskalı şəxs hücum edib. Hadisə nəticəsində 8 şagird və bir müəllim xəsarət alıb.
Bu haqda məlumatı, RİA Novosti-nin Perm şəhərindəki xüsusi müxbiri Elena Dubinina verib. Məlumatda bildirilir ki, xəstəxanaya daxil olanlar arasında bir pedaqoqun və 16 yaşlı şagirdin vəziyyəti ağırdı.
Hazırda onların üzərində əməliyyat aparılır. Hadisə yerinə təcili yardım xidməti və polis əməkdaşları cəlb olunub.
İlkin məlumata əsasən, cinayət yerli vaxtla 10:19-da baş verib. Məktəbin mühafizəsi qadın olub və cinayətkarların qarşısını ala bilməyib. Hazırda cinayətin təfərrüatları araşdırılır. Hücumda şübhəli bilinən şəxslər saxlanılaraq polislər tərəfindən dindirilir.
Zeynəb
Minval.İnfo
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib

