Moskvada həbsdə olan Elman Paşayevin dəbdəbəli avtomobili hərraca çıxarıldı – Məhkəmə müraciətini rədd etdi
Rusiyada dələduzluq ittihamı ilə istintaq təcridxanasında saxlanılan azərbaycanlı sabiq vəkil Elman Paşayevin xüsusi mülkiyyəti satışa çıxarılıb. Məhkəmə qərarı ilə onun “Range Rover” markalı lüks avtomobili açıq hərraca qoyulub.
Minval.info xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitəsinin bazar dəyəri 5 milyon rubl (təxminən 100 min manat) həcmində qiymətləndirilib. E.Paşayev avtomobilinin üzərindən həbs qərarının götürülməsi üçün məhkəməyə müraciət etsə də, iddiası təmin olunmayıb. Məhkəmə icraçıları tərəfindən müsadirə edilən nəqliyyat vasitəsi sabiq vəkilin 36,5 milyon rubldan çox olan borcunun ödənilməsi çərçivəsində duracağa yerləşdirilib.
Sözügedən nəhəng borcun tarixi 2012-ci ilə dayanır. Belə ki, onun keçmiş müştərisi Nikolay Deryabin hüquqi xidmətlər üçün Paşayevə külli miqdarda vəsait ödəyib, lakin vəkilin öhdəliklərini icra etmədiyini bildirib. Moskva Şəhər Məhkəməsi 2022-ci ildə çıxardığı qərarla həmin vəsaitin faiz və cərimələrlə birgə N.Deryabinə ödənilməsini təmin edib.
Xatırladaq ki, Elman Paşayev hazırda xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə həbsdədir. İstintaqın versiyasına görə, o, tanınmış bloqer Yelena Blinovskayanın həyat yoldaşı Aleksey Blinovski tərəfindən 20 milyon rubl və 300 min dollar məbləğində vəsaiti mənimsəyib. Paşayev bu məbləğin müqabilində cinayət təqibinin dayandırılmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lökbatanda su problemi həll edildi: Sakinlər rahat nəfəs alır
Omanda neft sızıntısı: Kölgə donanması ekosistemi təhlükəyə atır
Bakıda qaz əvəzinə su ilə dolu borular: Sakinlər nə edəcək?
Xocavənddə mina təhlükəsi: İki nəfər partlayışdan sağ çıxdı
Dənizdə boğulan prodüserin acı taleyi: Övlad itkisi və son görüşlər...
12 yaşlı tapdığın faciəvi sonu: Hədiyyə maşınla gələn ölüm yolu
İmişlidə qəsdən yanğın: Kənd sakini məsuliyyətə cəlb edildi