20.04.2018 - 15:12
İdman 1 baxış

Rusiyada biabırçılıq – Bütün sakinlərə səhvən seksual tərkibli video göstərdilər

Dünya kubokunun video çarxı əvəzinə seksual tərkibli video yayımladılar!

Bildiyiniz kimi 2018-ci il futbol üzrə Dünya Çempionatı Rusiyada təşkil olunacaq. Çempionatla bağlı qalmaqal özündən qabaq başlayıb desək, daha doğru səslənər.

Belə ki, çempionatın keçiriləcəyi Saransk şəhərində yerləşən böyük parkların birinə iri ekranlar yerləşdirilib ki, çempionatın video çarxları futbolsevərlərə təqdim olunsun. Lakin böyük bir xəta nəticəsində çempionatla bağlı video yerinə seksual tərkibli video yayımlanıb.

Komitə üzr istədi…

Xalqa açıq olan parkda yaşanan bu qalmaqallı hadisədə sonra çempionatın təşkilatçıları insanlardan üzr istəyib. Hadisədən dərhal sonra bu məsələ ilə bağlı hər kəs sorğuya cəlb olunub.

“Məsuliyyət daşıyan hər kəs cəzalandırılacaq!”

Çempionatın təşkilatçıları insanlara söz verib ki şahid olduqları bu hadisədə məsuliyyət daşıyan şəxslər mütləq tapılıb, cəzalandırılacaqlar.

Dünya Kubokunda Saransk şəhərində Peru, Danimarka, Portuqaliya, İran, Kolumbiya, Yaponiya, Panama, Tunis yığmaları mübarizə aparacaq.

Məleykə

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: