Rusiya qazının Avropaya nəqli üçün TAP kəmərindən istifadə oluna bilər

IGI Poseidon boru kəmərinin inşası layihəsinin rəhbəri E.Ruceri bunu istisna etmir
“IGI Poseidon” boru kəmərinin inşası layihəsinin səhmdarları Rusiyada hasil olunan təbii qazın Avropaya nəqli üçün TAP (Trans-Adriatik boru xətti) kəmərindən istifadəni mümkün sayırlar.
“Report” xəbər verir ki, bunu bu gün Avropa Payız Qaz Konfransı (European Autumn Gas Conference) çərçivəsində “IGI Poseidon”un rəhbəri E.Ruceri deyib.
Onun sözlərinə görə, hazırda Rusiyanın “Qazprom” şirkəti iki xətdən ibarət olacaq “Türk axını” kəmərinin inşasını aparır. Bunlardan birincisi qazın Türkiyəyə nəqli, ikincisi isə (IGI Poseidon) qazın Yunanıstan və İtaliyaya daşınması üçün nəzərdə tutulub: “Türkiyə-Yunanıstan sərhədində isə TANAP-la (Trans-Anadolu boru kəməri) nəql olunacaq Azərbaycan qazının qəbulu üçün nəzərdə turulan TAP xətti başlayır. TANAP isə öz növbəsində “Türk axını” kimi Türkiyənin “Botaş” şirkətinin qaz sisteminə qoşulacaq”.
E.Ruceri istisna etmir ki, Avropanın qaz təchizatçıları gələcəkdə “Botaş”ın da sistemindən qaz almaq istəyə bilərlər və bu səbəbdən Rusiya qazının nəqli üçün TAP kəmərinin də istifadəsi mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB