Ronaldo yenə rekord qırdı
Madridin “Real” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasında bir kulubun heyətində 100 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, onun ən yaxın izləyicisi olan “Barselona”nın futbolçusu Lionel Messinin hesabında 97 qol var.
Çempionlar Liqasının 1/8 finalında “Real” və Fransanın PSJ komandaları arasında keçirilən matçda 33 yaşlı Ronaldu dubl edib.
Portuqaliyalı futbolçuya bu nailiyyəti əldə etmək üçün 95 oyun lazım gəlib. O, İngiltərənin “Mançester Yunayted” klubundan “Real”a 2009-cu ilin yayında keçib.
Çempionlar Liqasında onun hesabında ümumilikdə 117 qol var. Ronaldu turnir tarixinin ən yaxşı bombardiridir.
Ronaldu həmçinin 7 mövsüm ardarda Çempionlar Liqasında ən azı 10 qol vuran ilk futbolçu olub. O, 2011/12-ci illər mövsümündə 10 dəfə, 2012/13 –cü illər mövsümündə 11 dəfə, 2013/14 –cü illər mövsümündə 17 dəfə, 2014/15-ci illər mövsümündə 10 dəfə, 2015/16-cı illər mövsümüdə 17 dəfə, 2016/17-ci illər mövsümündə isə 12 dəfə fərqlənib. Hazırkı mövsümdə onun hesabında 11 qol var.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək