Ronaldo "Real"ın prezidenti tərəfindən aldadıldığını düşünür
“Real”ın hücumçusu Kriştianu Ronaldo yayda klubunu dəyişmək istəyir.
Goal.az “As” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı ulduz 2003-09-cu illərdə şərəfini qoruduğu “Manchester United”ə qayıtmaq fikrinə düşüb. Ronaldo bu barədə yaxın ətrafına danışıb. “Qırmızı şeytanlar” da artıq futbolçunun bu niyyətindən xəbərdardır.
Ronaldo klub prezidenti Florentino Perez ötən yaz onun məvacibini arıtrmağa söz versə də, buna əməl etməyib. 32 yaşlı forvardın məvacibi hazırda ildə 21 milyon avrodur. O, dünyanın ən ödənişli futbolçuları arasında 5-ci yerdədir.
Müqayisə üçün qeyd edək ki, Lionel Messinin məvacibi 50, Neymarın isə 36 milyon avro təşkil edir. Ronaldonun “Real”la müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək