Ronaldo Neymarın "Real"a transfer olmasından danışdı
Braziliyalı futbolçu Neymarın “Real Madrid”-ə transfer olunacağı barədə iddialar aylardır davam edir.
Hətta Neymarın Madrid komandasına bir neçə ağır şərtlə gələcəyi yazılırdı. Bu şərtlərdən biri Ronaldonun da klubdan uzaqlaşmasıdır. Portuqaliyalı ulduz futbolçuya ciddi rəqib olan Neymarın transfer xəbərlərindən sonra hər kəs Ronaldonun nə fikirlərini öyrənmək istəyir.
Minval.info xarici KİV-ə istinadən məlumat verir ki, Ronaldo ilk dəfə bu mövzuda danışıb. “Real”-ın ulduzu bu qəbildən transfer xəbərlərinin tez-tez yayıldığını deyib: “8 ildir ki, buradayam və hər il ən az 50 oyunçunun “Real Madrid”-ə transfer olacağı barədə danışılar, amma sonda heç biri gəlməz”.
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avroya “Barcelona”-dan “Paris Sen-Jermen”-ə keçib. Bu futbol tarixinin ən bahalı transferidir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
