Ronaldo möhtəşəm qoldan sonra Azərbaycandan danışdı
Kriştianu Ronaldu Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliya “Yuventus”unun qapısından keçirdiyi ikinci top barədə danışarkən Portuqaliya millisinin heyətində 2008-ci il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına endirdiyi aşırma zərbəni xatırladıb. O bildirib ki, 2006-ci il oktyabrın 7-də keçirilmiş həmin görüşdə “velosiped” zərbəsindən sonra top qapı tirinə dəyərək, içəri daxil olsa da, qol sayılmamışdı. Bu dəfə isə Ronaldu topun qapıya daxil olduğunu vurğulayıb: “Bu, xoş təsir bağışlayan, yaddaşlarda qalacaq qol oldu. Şübhəsiz ki, “Yuventus”a vurduğum ikinci top mənim ən gözəl qolumdur”.
Qeyd edək ki, Kriştianu Ronaldu “Yuventus”la səfər matçında 2 qol vurub. Bununla da təcrübəli hücumçu Çempionlar Liqasında ardıcıl 10-cu oyunda fərqlənərək, qollarının sayını 14-ə çatdırıb və bombardirlər siyahısında liderliyini möhkəmlədib.(report)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq